• 3 May 2024
logo
Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Dünənki razılaşma ilə Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü tanıyıb, həmçinin təsdiqləyiblər ki, yeni sərhəd yaradılmır, SSRİ-nin dağılması zamanı mövcud olan sərhəd bərpa olunacaq.

Baymedia.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan jurnalistlərə açıqlamasında deyib.

O, bu faktı Ermənistanın suverenliyi və müstəqilliyinin növbəti mərhələsində əsas faktor hesab etdiyini deyib.

Qeyd edək ki, ötən gün Qazaxın işğal altında olan 7 kəndindən anklav olmayan 4-nün Azərbaycana qaytarılması barədə razılaşma əldə edilib.