• 2 May 2024
logo
“Terminologiya məsələsinə diqqət yetirmək lazımdır”

“Terminologiya məsələsinə diqqət yetirmək lazımdır”

Qüdrət Həsənquliyev: “Konstitusiyanın 54-cü maddəsində qeyd olunur ki, nortmativ hüquqi aktda eyni terminlər bir mənada işlənməli və vahid formaya malik olmalıdır”

“Vaxtilə mən bir məsələ qaldırmışdım ki, Azərbaycanda bir çox normativ hüquqi aktlarda bəzən terminlər eyni mənada işlənmir. Konstitusiyanın 54-cü maddəsində qeyd olunur ki, nortmativ hüquqi aktda eyni terminlər bir mənada işlənməli və vahid formaya malik olmalıdır. Mən o vaxt söylədim ki, bizdə bəzi yerlərdə əməkhaqqının ödənilməsi əməkhaqqı kimi, yaxud dövlət məvacibi kimi, bəzi hallarda vəzifə maaşı kimi qeyd olunur”.
Xalqcəbhəsi.az xəbər verir ki, bunu Ədalət, Hüquq, Demokratiya Partiyasının (ƏHD) sədri, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən plenar iclasında “Sosial sığorta haqqında” və Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı deyib.
Millət vəkili “o zaman hörmətli həmkarlarımızdan biri mənim fikrimlə bağlı düzəliş etməyə çalışdı”,-deyə əlavə edib: “Amma bu gün indi 15-ci maddəyə dəyişiklik edirik. Burada qeyd olunur: “dövlət məvacibi istisna olmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın, qurumun müəyyən etdiyi qaydaya uyğun olaraq ödənilən bütün növ ödənişlər”. Deməli “Dövlət qulluğu haqqında” qanunun 22-ci maddəsində qeyd olunur: “dövlət məvacibi vəzifə maaşından, mükafatlardan və vəzifə maaşına əlavələrdən ibarətdir”. Yəni burada biz dövlət maaşını ayırırıq, bir də burada ödənilən başqa aktlardan söhbət gedir. Hesab edirəm ki, bu düzgün deyil. Ümumiyyətlə burada dövlət məvacibi çıxarılmalıdır. Burada ilk növbədə əməkhaqqından söhbət getməlidir. Ona görə ki, konstitusiyanın 35-ci maddəsi əmək hüququ adlanır. Orada da qeyd olunur ki, vətəndaşlara minimum əməkhaqqından az olmayan əməyə görə haqq ödənilir. Əmək Məcəlləsində də 154-cü maddə əməkhaqqı adlanır.
157-ci maddədə də qeyd olunur ki, əməkhaqqının tərkibinə aylıq tarif vəzifə maaşı, əlavələr və mükafatlar daxildir. 5-ci hissədə qeyd olunur ki, əməkhaqqına əlavə əmək şəraiti ilə əlaqədar əvəz ödəmək və ya həvəsləndirmək məqsədi ilə işçini tarif vəzifə maaşına əməkhaqına müəyyən edilən əlavə ödəncidir. Yəni əlavə ödəncin özü əməkhaqqına daxil olan br məsələdir. “Dövlət qulluğu haqqında” qanunda da əməkhaqqı terminindən istifadə olunmur. Orada dövlət məvacibindən söhbət gedir. Yeri gəlmişkən qeyd edim ki, “Deputat statusu haqqında” qanunda qeyd olunur ki, deputatlar vəzifə maaşı və vəzifə maaşına əlavə alırlar. Amma burada da əməkhaqqı işlənilməlidir. Bu onsuz da əməkhaqqına daxildir. Hesablama Palatasının da üzvlərinə daxildir ki, vəzifə maaşı və əlavələr alırlar. Ona görə də qeyd eləmək istəyirəm ki, terminologiya məsələsinə diqqət yetirmək lazımdır. Burada da dövlət məvacibindən kənar ödənişdən söhbət gedirsə mən demək istəyirəm ki, o ödənişin özü onsuz da “Dövlət qulluğu haqqında” qanunun 22-ci maddəsinə uyğun olaraq dövlət məvacibinə daxildir. Ona görə də hesab edirəm ki, bu məsələyə bir də diqqət yetirməliyik”.

Əli