• 27 İyul 2024
logo
Qərb Ermənistanı odun içinə atır

Qərb Ermənistanı odun içinə atır

Qafqazın “İkinci Ukrayna”sı olacaq

Aprelin 5-də ABŞ-Aİ-Ermənistan görüşü keçiriləcək. Görüşdə xüsusi qeyd olunmasa da, söhbət faktiki olaraq hərbi paktdan gedir və bu pakt regionda sabitliyin və sülhün bərqərar olmasına qarşı yönəlib. ABŞ və Avropa regionu yeni qeyri-sabitlik və fəlakətə sürükləyir. Qafqazda ikinci Ukrayna ssenarisi və ikinci cəbhənin açılması istiqamətində işlərin aparılması faktdır. Hərbi pakt isə Azərbaycana hərbi təzyiq və müdaxilə planının tərkib hissəsidir, Ermənistan revanşa hazırlaşdırılır. ABŞ və Avropa İttifaqı Ermənistanın əli ilə Cənubi Qafqazda yeni müharibəyə başlamaq istəyir.
ABŞ və Avropa Azərbaycanın güclənməsi, öz ərazilərini azad etməsi ilə barışmaq istəmir, 44 günlük müharibədən sonra Qərb Qarabağda “Kosovo variantı” hazırlayırdı, buna görə 3 il ərzində “Humanitar fəlakət” bəhanəsi ilə Azərbaycan və şəxsən Prezident İ.Əliyevə qarşı təzyiq kampaniyası aparıldı. Azərbaycanda qanunsuz maliyyələşmə ilə yaratdıqları informasiya resurslarını gücləndiririrdilər. Avropalı siyasətçilər Qarabağa qanunsuz səfərlər edirdi.
Bütün bunlar nəticəsiz qaldığından indi açıq şəkildə hərbi planlar qurulur. ABŞ və Avropanın Ermənistanın əli ilə regionda münaqişə ocağı yaratmaq istəyir. Əvvəllər də Ermənistandan vasitə kimi istifadə edilib, ötən əsrin 80-ci illərin sonunda məhz Ermənistanın əli ilə başlanan münaqişə, SSRİ-yə qarşı siyasətdə Qərbdəki erməni lobbisinin Qərblə müttəfiqliyi misal çəkmək olar.
20-ci əsrin əvvəlində mövcud olan “Vudro Vilson planı” – “Böyük Ermənistan”. İndi Amerikanın Ermənistanla bağlı başqa planı işə düşür. Pakt Azərbaycanla yanaşı, ümumilikdə region ölkələrinə qarşı da yönəlib.
Artıq Ermənistanla Azərbaycanın şərti sərhəd xəttinə Ermənistanın hərbi texnikalar cəmləşdirilməsi ilə əlaqədar videokadrlar yayılır. Aprelin 5-də ABŞ və Avropa İttifaqının Ermənistanla bağlamaq istədiyi hərbi pakt nəinki Azərbaycan xalqına və dövlətinə qarşıdır, bütün region üçün böyük təhdiddir. Rusiya artıq bu hərbi paktı kəskin pislədi və Ermənistana açıq xəbərdarlıq etdi. “Qırmızı xətlər” barədə danışmağı sevən İran isə hələ də susur. Bu hərbi paktla əlaqədar region ölkələri - Gürcüstan, qardaş Türkiyə də öz qəti mövqeyini bildirməlidir. Ermənistan yenə də alət kimi istifadə olunmasının fərqinə varmalı və odla oynamamalıdır. Azərbaycan dövləti özünə qarşı heç bir təhdidi qəbul etməyəcək. Azərbaycanın iradəsindən kənarda Cənubi Qafqazda istənilən təşəbbüs qabaqcadan fiasko deməkdir.
Politoloq Azər Qasımov “Xalq Cəbhəsi”nə deyib ki, ABŞ-Aİ-Ermənistan arasında 5 apreldə planlaşdırılan görüş Cənubi Qafqaz regionu üçün yaxşı heç nə vəd etmir. ABŞ və Aİ regiona əsaslı şəkildə daxil olmaq üçün planlar hazırlayırlar. Görüş xüsusi qeyd edilməsə də, söhbət faktiki olaraq hərbi paktdan gedir və bu pakt regionda sabitliyin və sülhün bərqərar olmasına qarşı yönəlib. Hərbi pakt Azərbaycana hərbi təzyiq və müdaxilə planının tərkib hissəsidir. Ermənistan revanşa hazırlaşdırılır: " ABŞ və Aİ regionu yeni qeyri-sabitlik və fəlakətə sürükləyir. Görünən odur ki, Qafqazda ikinci Ukrayna ssenarisi və ikinci cəbhənin açılması üçün son hazırlıqlar davam edir. Hesab edirəm ki, ABŞ bə Aİ Ermənistanı öz istəklərinə qurban verməyə hazırlaşırlar. Ermənistanın potensialının nəyə qadir olduğu bəllidir. Ermənistanın arxasında ABŞ və Aİ dayansa belə, onunla hansısa planlar cızmaq ən perspektivsiz işdir. ABŞ və Aİ Ermənistanı Rusiyanın ayağı altında qurban kəsməyə hazırlaşırlar. Bu oyuna Azərbaycanı da qatmaq istəyirlər. Amma Azərbaycan Ermənistanı region ölkələrinin öhdəsinə buraxacaq. Ermənistana verilməsi gərək olan dərsi Azərbaycan dəfələrlə verib. Ermənistan bundan nəticə çıxarmalıdır. Nəticə çıxarmağı bacarmasa 20-ci əsrin əvvəlində mövcud olan "Vudro Vilson planı"-"Böyük Ermənistan"dan geriyə qalan indiki Ermənistandan da heç nə qalmayacaq" .
Politoloq Zeynal Əmrəliyevin isə fikrincə, Ermənistan öz əməllərindən əl çəkə bilmir. Növbəti dəfə regiona yeni qüvvələri cəlb etməyə və bununla da yeni təxribatlara yol açmağa çalışır. Ukrayna cəbhəsində Rusiyanın qüvvələrini parçalamağa çalışan Qərb isə bundan istifadə etməyə çalışır. Ermənistanı idarə edənlərin vəziyyəti düzgün qiymətləndirməməsinə görə regionda yeni gərginlik yaranır. Ermənistanın kənar qüvvələri regiona gətirməsi həm Rusiya, həm İranın qəbul etməyəcəyi bir məsələ olacaq: "Çox təəssüflər olsun ki, bu görüş sırf hərbi müttəfiqliyə yönəlib. Sual olunur ki, bu hərbi ittifaq kimə qarşı yönəlir? Görünür ki, Ermənistanın sürətli şəkildə Qərb hərbi bloklarına inteqrasiya edilməsi prossesi gedir. Rusiyanın buna verəcəyi reaksiya məlum məsələdir. Paşinyan hökumətinin bu məsuliyyətsiz addımları tək Ermənistanı yox, bütün regionu təhlükəyə qoyacaq. Məsələnin bu şəkildə davam etməsi Ermənistanı "Qafqazın Ukraynası"na çevirə bilər. Hazırda Ermənistanda Rusiyanın hərbi qüvvələri var və Paşinyan hökuməti onları ölkədən çıxarmağa çalışır. Moskvadan verilən açıqlamalardan görünür ki, Rusiya bu məsələdə çox həssasdır və Moldovadan verilən açıqlamalarda da bunu görə bilərik. Qərb və Ermənistan arasında yaranan bu razılaşma həm də Azərbaycan - Ermənistan sülh yaxınlaşmasına ciddi təhdiddir. Ermənistana bu şəkildə hərbi əməkdaşlıq qurmaq, yardım göstərmək bu ölkənin gələcəkdə revanşa qalxmasına səbəb ola bilər. Qərb rəsmiləri ilə görüş zamanı Ermənistan rəhbərliyinin Azərbaycan əlehinə verdiyi açıqlamalar məlumdur. Buna görə bu ittifaqlar regiona müsbət heç nə vəd etmir. Təəssüflər olsun ki, ABŞ və Avropa regionu yeni fəlakətə sürükləyir. Bu pakt təkcə Azərbaycana qarşı yonəlməyib. Bu pakt bugün regionu təhdid edir".
Siyasi şərhçi Fuad Əliyevin fikrincə, Qərb Ermənistanın əli ilə Rusiyaya yeni cəbhə açmaq istəyir. Bu da öz növbəsində regiona, Cənubi Qafqaza da təsir edəcək.
Onun sözlərinə görə, Ermənistan 5 aprel 2024-cü ildə Brüseldə keçiriləcək Avropa İttifaqı-Ermənistan-ABŞ birgə konfransda müharibəyə doğru bir addım qabağa gedəcək:“ABŞ, Avropa İttifaqının Azərbaycana qarşı ikili siyasəti artıq aydın görünür. Cənubi Qafqazda sülhün bərqərar olmasına dəstək vermək əvəzinə, bu ölkələr vəziyyəti daha da gərginləşdirirlər. ABŞ, Fransa və ümumilikdə Avropa regionu qeyri-sabitliyə və fəlakətə sürükləyirlər. Hərbi pakt Azərbaycana hərbi təzyiq və müdaxilə planının tərkib hissəsidir. Ermənistan və onun havadarları Azərbaycanın gücünü nəzərə almaq istəmirlər. Digər tərəfdən Azərbaycanın tək olmadığını da yaddan çıxarıblar. Azərbaycanın yanında Türkiyə və Pakistan kimi qardaş və dost ölkələr var. Regionun başqa oyunçuları var - Rusiya və İran. Bu ölkələr də öz sərhədlərinə yaxın NATO qoşunlarının yerləşdirilməsinə narahatçılığını bildiriblər”.
Fuad Əliyevin sözlərinə görə Ermənistanın Rusiya ilə münasibətlərinin pozulması ona baha başa gələcək:“Ermənistan ikinci Ukrayna olacaq. Amma Ukrayna kimi uzun müddətli müharibəni apara bilməyəcək. Onun nə iqtisadi, nədə ki, hərbi potensiallı var. Bu gedişatla Ermənistan öz mövcudluğunu itirəcək”.
Siyasi şərhçi Əkrəm Bəydəmirlinin fikrincə isə hər bir regionun inkişafı, əhalinin dinc yaşaması üçün davamlı sabitlik zəruridir. Yetərincə həssas bölgə olan Cənubi Qafqazda bu gün sülhün bərqərar olması region ölkələrinin hər biri üçün əhəmiyyətlidir.
Amma müşahidələr göstərir ki, aprelin 5-də Brüsseldə Ermənistanın baş naziri Nikol Paşinyan, Avropa Komissiyasının sədri Ursula fon der Leyen və ABŞ dövlət katibi Entoni Blinken arasında keçiriləcək görüş sülh prosesinə təkan vermək əvəzinə əngəllər yaradacaq.
Onun sözlərinə görə, Ermənistanla Azərbaycan arasında sülh danışıqlarının davam etdiyi hazırkı məqamda belə görüşlər baş nazır N. Paşinyanın müqavimətini gücləndirmək məqsədi daşıyır:
"Ehtimal olunur ki, Qərbin, ABŞ-ın Ermənistan vasitəsilə Rusiya planları var. Həmin qüvvələrin Rusiya ilə nə haqq-hesabı, hansı çəkişmələri var. Bu onların öz işidir. Böyük oyunçuların böyük oyunlarında iştirak etmək Ermənistana və ümumilikdə regiona təhlükələr vəd edir. Situativ siyasət həyata keçirən, illüziyalara qapılan baş nazır N. Paşinyan öz ölkəsini alətə çevirib. Bu da Cənubi Qafqazda uzunmüddətli sabitliyə xidmət etmir. Reallıq onu göstərir ki, silahlanma, Paşinyanın belə davranışları əksinə müharibə riskini xeyli artırıb. Artıq dəfələrlə sübut olunub ki, iki ölkə sərhəddində keçirilmiş Ermənistanla Azərbaycan arasında sülh danışıqlarında vasitəçiyə ehtiyac yoxdur. Görünür, Qərbin təhriki ilə Paşınyan görüşləri Avropa paytaxtlarında davam etdirməklə, sülh danışıqlarını uzatmaqla özünə təhlükəsizlik çətiri yaratmaq istəyir. Bütün bu proseslər onu deməyə əsas verir ki, Rusiyanın qəzəbinə düçar olan zavallı Paşınyan ya baş nazir kreslosundan, ya da başından olacaq".

Cavid