• 21 May 2024
logo
"Erməni lobbisi ilə ölkəmizə qarşı işbirliyi quran hər kəs bizim düşmənimizdir"

"Erməni lobbisi ilə ölkəmizə qarşı işbirliyi quran hər kəs bizim düşmənimizdir" - Fuad Hüseynzadə

"Erməni lobbisi ilə ölkəmizə qarşı iş birliyi quran hər kimsə millətindən aslı olmayaraq bizim dövlətin və xalqın düşmənidir". Bunu Xalqcəbhəsi.az-a açıqlamasında, Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadə deyib. O, bildirib ki, türkiyəli jurnalist Nagehan Alçı da vaxtı ilə bu istiqamətdə fəaliyyəti ilə bizə qarşı olan kimliyini göstərib: "Onun çalışdığı təşkilatı maliyyələşdirən qurum da daima Azərbaycana qarşı aparılan qara kampaniyaların önündə olub. Elə olnarın fəaliyyətinin bir istiqaməti də Nagehan Alçı kimilərdən istifadə edib ermənilərə haqq qazandırmaq olub. Əlbəttə ki, türkiyəli bir həmkarımızın ölkəmizə qarşı belə bir fəaliyyət göstərməsi təəssüfləndirici haldır. Amma onun türkiyəli olması bizlər üçün bu gün formal xarakter daşıyır. Mənəvi olaraq onun düşüncəsi, qəlbi ermənilərlə bağlıdır. Buna görə də belə düşmənə işləyən jurnalistlərin səmimiliyinə heç bir halda inanmaq olmaz.
Hər halda onun Azərbaycana səfəri də ermənilərin marağına xidmət etmək üçün məqsədli olub. Azərbaycan haqqında aşağılayıcı yazı dərc etməklə yenidən ermənilərə bağlı olduğunu göstərən mesaj verib".

Əli