• 2 Dekabr 2022
logo
7 qəzetdə dilimizin tətbiqi səviyyəsi yoxlanıldı: 2500 səhv...

7 qəzetdə dilimizin tətbiqi səviyyəsi yoxlanıldı: 2500 səhv...

Azərbaycan dilinin tətbiqi səviyyəsi 7 qəzet üzrə monitorinq edilib, 2 500 səhv qeydə alınıb.

Baymedia.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin baş mütəxəssisi, filologiya üzrə fəlsəfə doktoru Mətanət Xudiyeva deyib.

O bildirib ki, monitorinq bir aylıq dövrü əhatə edib:

"Monitorinq nəticəsində qeydə alınan 2 500 dil faktından 1 769-u hesabata daxil edilib. 744 orfoqrafik, 170 leksik, 334 qrammatik, 521 üslub və ifadə səhvi müəyyənləşdirilib".

M.Xudiyeva səhvlərin daha çox müsahiblərin nitqlərinin redaktə olunmadan verilməsi, qeyri-müəyyən başlıqlar, abreviaturların, vəzifə və rütbə adlarının yazılışında orfoqrafik normanın pozulması, mürəkkəb adların yazılışında çoxvariantlılıq, durğu işarələrinin düzgün tətbiq edilməməsi və s. şəkildə müşahidə olunduğunu qeyd edib.