• 20 Aprel 2024
logo
"Təlimlərdə 600-ə yaxın jurnalist iştirak edib"

"Təlimlərdə 600-ə yaxın jurnalist iştirak edib" -Natiq Məmmədli 

"Ötən il keçirilən təlimlərdə 600-ə yaxın jurnalist iştirak edib". Xalqcəbhəsi.az xəbər verir ki, bu fikirləri Medianın İnkişafı Agentliyində Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədli “Ədliyyə orqanlarında və məhkəmələrdə kommunikasiya siyasəti” mövzusunda keçirilən təlimdə çıxışı zamanı deyib. N. Məmmədli əlavə edib ki, bu il isə sahəvi jurnalistikanın təkmilləşdirilməsi istiqamətində 800-ə yaxın jurnalistin təlimlərə cəlb olunacağı planlaşdırılır: "Cəmiyyətin informasiyaya inanması üçün informasiyanın mənbəyi dəqiq olmalıdır. Jurnalist öz məsuliyyətini dərk etməlidir. Jurnalistin hazırladığı material həm ölkə daxili, həm də ölkə sərhədlərindən kənarda auditoriyada Azərbaycan reallığını ifadə etmək gücünə malikdir”.

Əli