• 28 İyun 2022
logo
Əhməd İsmayılov: "Aytən Məmmədova hücumla bağlı MEDİA-ya dəvət olunub"

Əhməd İsmayılov: "Aytən Məmmədova hücumla bağlı MEDİA-ya dəvət olunub"

Jurnalist Aytən Məmmədovaya bıçaqlı hücum olması ilə bağlı məsələ Medianın İnkişafı Agentliyinin (MEDİA) nəzarətindədir.
Bunu jurnalistlərə açıqlamasında Agentlik rəhbəri Əhməd İsmayılov deyib.
O bildirib ki, Aytən Məmmədova ilə əlaqə saxlanılıb və bu gün agentliyə dəvət olunub: "Hadisə ilə bağlı bu gün ətraflı müzakirə aparılacaq. Məsələ barədə Daxili İşlər Nazirliyi ilə də əlaqə saxlanılıb. Jurnalistə hücumla bağlı məsələ onların da diqqətindədir. Hadisəyə hüquqi qiymət verilməsi üçün müvafiq işlər görülür".