• 1 Sentyabr 2026
logo
CNN və Almaniya televiziyaları Rusiyada fəaliyyətini dayandırır

CNN və Almaniya televiziyaları Rusiyada fəaliyyətini dayandırır

Almaniya ARD və ZDF kanalları Rusiyada fəaliyyətini müvəqqəti olaraq dayandırır.
“Figaro”nun xəbərinə görə, hər 2 media qurumunun Moskvadakı studiyaları yayımı dayandırıb. Bununla belə, media qurumlarının Rusiyada məlumat toplamağa davam edib-etməyəcəyi də məlum deyil. ARD kanalı Moskvada 1956-cı ildən fəaliyyət göstərirdi.
Oxşar addımı ABŞ-ın CNN və İtaliyanın RAİ televiziyaları da atıb.
“Bloomberg” agentliyi isə Rusiyada informasiya toplanması prosesini dayandırıb.