Rusiyanın “Kommersant” və RBK nəşrlərinin saytı hakerlər tərəfindən sındırılıb.
“Kommersant”ın baş redaktoru Vladimir Jelonkin saytın sındırıldığını təsdiqləyib.
“Bəli, eynilə RBK kimi”, - baş redaktor nəşrin internet saytının sındırılması ilə bağlı sualı cavablandırarkən deyib.
Jelonkin qeyd edib ki, vəziyyəti düzəltmək üçün texniki tədbirlər görüləcək, mütəxəssislər artıq işləyirlər.