• 26 Aprel 2024
logo
Aİ səfirinə “Media haqqında qanun” barəsində məlumat verilib

Aİ səfirinə “Media haqqında qanun” barəsində məlumat verilib

Bu gün Avropa İttifaqının (Aİ) Azərbaycan Respublikasında Nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko Medianın İnkişafı Agentliyində olub.
MEDİA-dan verilən məlumata görə, Agentliyin İcraçı direktoru Əhməd İsmayılov ölkədə media islahatlarının gedişi və “Media haqqında qanun” barəsində məlumat verib.
Görüşdə maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.