• 23 Aprel 2024
logo
Güzəşt və imtiyazların tətbiq olunacağı jurnalistlərin əhatə dairəsinin necə müəyyənləşəcəyi məlum olub

Güzəşt və imtiyazların tətbiq olunacağı jurnalistlərin əhatə dairəsinin necə müəyyənləşəcəyi məlum olub

Güzəşt və imtiyazların tətbiq olunacaq media subyektlərinin və jurnalistlərin əhatə dairəsinin necə müəyyənləşəcəyi məlum olub.
Bu, “Media haqqında” qanun layihəsində əksini tapıb.
Beləliklə, “Media haqqında” qanun Azərbaycan ərazisində təsis olunmuş media subyektləri, redaksiyalar və onların məhsullarına, eyni zamanda Azərbaycanın hüdudlarından kənarda olan, fəaliyyəti Azərbaycan ərazisinə və auditoriyasına istiqamətlənmiş bütün subyektlərə, Azərbaycandan kənarda yaradılan media məhsullarının yalnız Azərbaycan ərazisində yayılmış hissəsinə və jurnalistlərə şamil olunacaq. Kütləvi informasiya əldə olunması, ötürülməsi, istehsalı və yayımı Azərbaycan qanunları ilə məhdudlaşdırılmayan, qeyri-məhdud sayda şəxslərə çatdırılmaq media subyektləri tərəfindən dərc olunan və ya yayımlanan məlumatlardır. Media kütləvi informasiyanın dövri və ya müntəzəm olaraq dərc olunmasını və ya yayımlanmasını həyata keçirmək üçün istifadə olunan ələt və vasitələr, habelə onların yaratdığı informasiya mühitidir. Media subyekti əsas fəaliyyət növü kütləvi informasiyanın dərc olunması və ya yayımlanması olan fiziki və ya hüquqi şəxsdir. Redaksiya isə veb saytlar, qəzetlər və digər dövri nəşrlərin, habelə televiziya və radio kanallarının və sifarişli yayım xidmətinin yaradıcı heyətindən ibarət bölmədir.
Layihəyə əsasən, kütləvi informasiyanın əldə olunması, ötürülməsi, istehsalı və yayımı fəaliyyətini təsadüfi və qeyri-müntəzəm şəkildə həyata keçirən, əsas istiqaməti media sahəsində fəaliyyətin həyata keçirilməsi olmayan subyektlər media subyekti hesab edilməyəcək.
Qeyd edək ki, Vergilər Məcəlləsinə təklif olunan dəyişikliyə əsasən, jurnalistlərə, media subyektlərinə 5 il müddətinə vergi güzəştləri edilməsi təklif olunur. Media subyektlərinin həm mənfəət, həm ƏDV-dən azad edilməsi təklif edilir.