• 29 Mart 2024
logo
Azərbaycanda media və biznes strukturları arasında müzakirələr keçiriləcək

Azərbaycanda media və biznes strukturları arasında müzakirələr keçiriləcək

“Azərbaycanda olan ən məşhur biznes subyektləri ilə razılıq əldə olunub”.
Bunu Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov deyib.
O bildirib ki, yaxın vaxtlarda biznes subyektləri ilə media subyektləri arasında müzakirələr keçiriləcək: “Bu görüşdə reklam məsələləri, media subyektlərini və biznes subyektlərini narahat edən məsələlər müzakirə ediləcək. Media subyektləri üçün biznes təlimlərinin keçirilməsi də planlaşdırılır”.
Ə. İsmayılov qeyd edib ki, milli mətbuat günü ərəfəsində “Bakı Media həftəsi”nin keçirilməsi nəzərdə tutulur: “Eyni zamanda “İctimai proseslər mediada” adlı Davos formatında tədbir təşkil etməyi düşünürük. Bu adı gələcəkdə inkişaf etdirib başqa adla da bu tədbiri keçirə bilərik. Çünki ictimai proseslər, məişət zorakılıqları ilə bağlı qurumlar tərəfindən mediaya tənqidlər səsləndirilir. Bu tədbirdə bütün media subyektləri və həmin qurumların nümayəndələri də iştirak edəcək. Biz region mediasına dəstək layihəsi də həyata keçirəcəyik”.