Azərbaycanın çap mediasında öz dəsti-xətti, mövqeyi ilə seçilən “Xalq Cəbhəsi” qəzeti 20 yaşını geridə qoydu. Amalı Azərbaycanın bütövləşməsi, dövlət və dövlətçiliyə, müstəqilliyimizin qorunub saxlanmasına, millətə, xalqa xidmət olub ki, bu yolda da mətnlə addımlayır. Qəzet bu ağır və məsuliyyətli missiyanı üzərinə götürərək, fəaliyətində heç bir büdrəmə, axsama olmadan dinamik inkişaf edib Çətinliklərə, süni problemlərə, maneəlıərə baxmayaraq “Xalq Cəbhəsi” ayaqüstə durmağı, sözünü deməyi bacardı. “Xalq Cəbhəsi” qəzet lokomotiv kimi milli mənəvi dəyərlərin, ədəbi-bədii fikrin, mentalitetin formalaşmasında müstəsna xidmətlər göstərib. 20 yaşlı “Xalq Cəbhəsi” Azərbaycan dövlətinin apardığı daxili və xarici siyasətin cəmiyyətə çatdırılmasında, ictimai fikrin formalaşmasında, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırılmasında göstərdiyi xidmətlərlə daim diqqəti cəlb edən öncül mətbuat orqanlarındandır. Bu gün Azərbaycan mediasının sayılıb, seçilən simaları arasında “Xalq Cəbhəsi” məktəbinin “şagird”ləri varsa, deməli, bu qəzet bir akademiyadır.
“Xalq Cəbhəsi” haqqında çox yazmaq olar, 20 ilin hər bir ili bir tarixdir, qəzetlərə sığmayan bir tarix. Amma qərara gəldik ki, tarixi biz yox, yaxından, uzaqdan əməkdaşlıq etdiyimiz insanlar, oxucularımız vərəqləsinlər. “Xalq Cəbhəsi” onların gözündə, fikrində necə qalıb. Yeri gəlmişkən, yubiley münasibətilə qəzetimizə göndərilən təbrik məktublarınn hamısını dərc edə bilməsək də, olduğu kimi müəyyən hissəsi ilə sizi tanış etmək istəyirik. Öncə ölkəmizdən başlayaq.
***
- “Xalq Cəbhəsi”qəzeti çap mediasının əsas simalarından biri, özünəməxsus mövqeyi və yeri ilə seçilən mətbu orqanlarından biridir. 20 yaşlı “Xalq Cəbhəsi” milli mövqeyi ilə seçilən media quruluşudur. Təsadüfi deyil ki, bu qəzet bugünümüzə gəlib çata bilib. Peşəkar kollektivə malik olan qəzetin əsas ideologiyası dövlət və dövlətçiliyimizə xidmətdir. Qəzetin 20 yaşını təbrik edir, kollektivə gələcək fəaliyyətdə uğurlar arzulayıram!
Musa Qasımlı (Millət vəkili)
Sahib Alıyev (Millət vəkili)
Fuad Əliyev (ALDP sədri)
- “Xalq Cəbhəsi” qəzeti də mətbuatımızın yükünü çəkən qəzetlərin ilk onluğunda qərarlaşıb. Bu qəzet artıq 20 ildir ki, informasiya savaşının tən ortasında yer alır və Azərbaycanın maraq və mənafelərinə müvəffəqiyyətlə xidmət edir. Mən bir oxucu kimi “Xalq Cəbhəsi” qəzetinin informasiya siyasətini çox bəyənirəm. Çünki bu siyasətin mərkəzində milli maraqlarımız, dəyərlərimiz , tariximiz, gələcək ümumilli hədəflərimizə xidmət etmək məramı dayanır. Qəzetin Güney Azərbaycana, dünya azərbaycanlılarına və bütövlükdə Türk dünyasına xüsusi diqqət ayırması da təqdirəlayiq haldır. Hazırkı informasiya bolluğu və kəskin rəqabət şəraitində “Xalq Cəbhəsi”nin öz oxunaqlığını, tələbatlılığını qoruyub saxlaya bilməsi əlbəttə ki, ilk növbədə 2006-ci ildən bu qəzetə rəhbərlik edən Elçin Mirzəbəylinin müstəsna fədakarlığının nəticəsidir. Bunu ayrıca qeyd etmək lazımdır. Qəzetin kollektivi də media camiəsində öz dəst-xətti ilə seçilən, sözünün çəkisi olan, imzası tanınan jurnalistlərdən təşkil olunub. Məhz onların sayəsində “Xalq Cəbhəsi” 20 ildir ki, bizimlədir, Azərbaycan oxucusunun yanındadır. Biz Milli Həmrəylik Partiyası olaraq baş redaktor Elçin Mirzəbəylini və jurnalist dostlarımızı qəzetin 20 illik yubileyi münasibətilə ürəkdən təbrik edirik. İnanırıq ki, çap və internet media qurumları arasında “Xalq Cəbhəsi” bundan sonra da “Əkinçi”dən, Həsən bəy Zərdabidən başlayan maarifçilik missiyasını, eləcə də Bütöv Azərbaycançılığa, milli birliyə hədəflənən redaksiya siyasətini davam etdirəcək.
Qələminiz yorulmasın! Yubileyiniz mübarək olsun, dostlar!
Əlisahib Hüseynov (MHP sədri)
Teymur Qasımlı (Beynəlxalq münasibətlər üzrə analitik)
İlyas Hüseynov (Politoloq)
- Azad medianın fəaliyyəti ümumilikdə cəmiyyətin səffaflasmasına, inkişafına təkan verir. Bu baxımdan “Xalq Cəbhəsi” qəzeti zəruri missiyanı yerinə yetirərək jurnalistikanın prinsiplərinə sadiq qalıb. Media iqtisadiyyatının formalaşmadığı bu ötən zaman kəsiyində qəzetçilik və ümumilikdə yeni jurnalistikanın mahiyyətini qoruyub saxlamaq, bu müsbət tendensiyanı inkişaf etdirmək gerçəkdən qəliz məsələ idi. “Xalq Cəbhəsi” qəzeti bu çətin missiyanın öhdəsindən gələ bilib. Bu nəşr Azərbaycanda media sahəsində kifayət qədər yeri olan media quruluşuna çevrilə bilib. Cəmiyyətin bütün sahələrinə nüfuz edən bu media quruluşunu təbrik edirəm. Bundan sonra da sükanı möhkəm saxlamağı arzu edirəm. Uğurlar olsun!
Əkrəm Bəydəmirli (ekspert)
- “Xalq Cəbhəsi” qəzeti müstəqil Azərbaycan mediasında öz dəsti-xətti, geniş auditoriyası, operativliyi, obyektivliyi seçilir. 20 illik fəaliyyəti dönəmində geniş oxucu kütləsinin diqqətini çəkən qəzet hər zaman həqiqətin, haqqın, ədalətin carçısı olub, informasiya siyasətində milli maraqları önə çəkib. İdeya-siyasi yönümü milli düşüncəyə, xalq hərəkatına bağlı olan qəzetimiz ictimai-siyasi proseslərə fəal, çevik, effektiv reaksiyası ilə seçilir. Bu səbəbdən, “Xalq Cəbhəsi” siyasi tədqiqatçı və politoloq kimi, ən sıx əməkdaşlıq etdiyim, tez-tez fikir, rəy, münasibət bildirdiyim, aktual sosial-siyasi məsələlərlə bağlı açıqlamalar verdiyim media qurumlarından biridir. Son 20 ildə KİV-in üzləşdiyi müxtəlif çətinliklərə, problemlərə baxmayaraq, bu qəzet ayaqda durmağı, inkişaf etməyi, öz auditoriyasını daha da genişləndirməyi bacarıb. Əminliklə deyə bilərəm ki, ölkəmizin media, mətbuat tarixində bu qəzet ən yeni, modern nəşrlərdən biri kimi xüsusi yer tutur. Qəzetin 20 illik yubileyi münasibəti ilə onun təsisçilərinə, bütün yaradıcı kollektivə yeni uğurlar, nailiyyətlər arzu edirəm. Ən böyük arzum, diləyim odur ki, hər zaman media sükanını möhkəm saxlayaraq, irəlidə, öndə gedəsiniz, ictimai-siyasi həyatda daha böyük uğurlar qazanasınız. Qəzetimizin 30, 40, 50... 100 ... illik yubileylərini birlikdə qeyd etməyi arzulayıram.
Nail Cəlil (siyasi analitik)
***
Onu da qeyd edək ki, “Xalq Cəbhəsi” geniş beynəlxalq əlaqələrə malikdir. Dünyanın dörd bir tərəfinə “Xalq Cəbhəsi”nin səsi çatır, oxunur. Hətta xarici ekspertlər müsahibə və açıqlamalaı dərc olunan qəzetin səhifələrinini sosial şəbəkələrində belə ictimailəşdirilər. Bu qəzetə verilən dəyər, önəmdir. Gəlin əvvəlcə Rusiyanın tanınmış siyasi analitiklərinin fikirləri ilə tanış olaq.
Vitali Arkov (PolitRUS ekspert-analitik şəbəkəsinin rəhbəri, rusiyalı ekspert) :
İvan Andrianov (Geopolitik Proqnozlar Mərkəzinin analitiki, politoloq)
Aleksandr Hoffmann (Qafqaz Araşdırma Mərkəzinin (“Strategicon”) direktoru)
***
Qəzetin Ukayna ilə əlaqələri 12 il öncə qurulub. Ukaynada fəaliyyət göstərən diaspor təşkilat rəhbərləri, orada yaşayan azərbaycanlıların problemləri, fəaliyyətlərinin işıqlandırılması, eləcə də Azərbaycan həqiqətlərinin Ukrayna ictimaiyyətinə çatdırılmasında “Xalq Cəbhəsi”nin böyük xidmətləri olub.
Səmimi dostunuz Vitali Kulik ( Vətəndaş Cəmiyyəti Problemləri üzrə Araşdırma Mərkəzinin direktoru)
Anatoli Pinçuk (Şərqi Avropada Təhlükəsizlik İnstitutunun İdarə Heyətinin sədri)
***
“Xalq Cəbhəsi” təkcə qonşu ölkələrlə deyil, dünyanın yaxın, uzaq aparıcı ölkələri ilə də əlaqə qurub. Dünya və regional siyasi hadisələrə münasibətlə bağlı həmin ölkələrin siyasi çevrələrinin nüfuzlu ekspertlərinə qəzetimizin səhifələrində yer ayırırıq. Eyni zamanda onların imkanlarından yararlanıb, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırırıq. Qarşılıqlı və faydalı əməkdaşlıqdan hər iki tərəf yararlanır.
- Mən məşhur “Xalq Cəbhəsi” qəzetinin nailiyyətlərini yüksək qiymətləndirirəm və qəzetin nəşrində iki onilliyi başa vurmaq üçün enerji sərf edib, fədakarlıq göstərdiklərinə görə qəzetinin təsisçisini, baş redaktorunu və əməkdaşlarını təbrik edirəm. 1992-ci ildə Sovet İttifaqının kommunist rejimindən müstəqillik qazanmış Azərbaycan kimi bir ölkədə müstəqil nəşrin oxucularına xidmətini davam etdirməsi kiçik uğur deyil. Fürsətdən istifadə edərək Azərbaycan oxucuları üçün müxtəlif mövzularda öz fikrimi, təhlilimi və şərhlərimi dərc etmək imkanı yaratdığına görə, “Xalq Cəbhəsi” qəzetinin rəhbərliyinə minnətdarlığımı bildirirəm. İyirmi il çap olunan “Xalq Cəbhəsi” qəzetinə bundan sonra da nəşr olunması və daha çox nailiyyətlər əldə etməsini arzulayıram.
Məhəmməd Pervez Bilgami (siyasi ekspert, Hindistan)
- “Xalq Cəbhəsi”nin 20 illik yubileyi münasibəti ilə sizi ürəkdən təbrik edirəm. Sizin fədakarlığınız və zəhmətiniz təkcə Azərbaycan üçün deyil, Pakistan üçün də ilham mənbəyidir. Azərbaycan həqiqətləri, Ermənistanın işğalçılıq siyasəti və digər regional məsələlərlə bağlı düzgün, obyektiv, etibarlı məlumatlar verdiyinizə görə sizə təşəkkür edirəm. Yubileyiniz mübarək olsun.
Musavar Hamid Tanoli (Gənclər Diplomatiyası Forumunun prezidenti və Pakistan, Azərbaycan, Türkiyə gənclər forumunun rəhbəri)
Hörmətlə, Tazen Aktar (Pakistanın pakistanintheworld.pk və azkaar.com.pk nəşrlərinin redaktoru)
- “Xalq Cəbhəsi” qəzetini 20 illik yubileyi münasibətilə İslam Gəncləri Təşkilatı adından ürəkdən səmimi təbrik edirəm. Bu illər ərzində siz İslam Gəncləri Təşkilatının və Pakistanın Azərbaycanla Əlaqələr Təşkilatının fəaliyyəti ilə bağlı keyfiyyətli və etibarlı xəbərlərlə regionun aparıcı media orqanlarından biri olduğunuzu sübut etdiniz. “Xalq Cəbhəsi” kollektivinə uzunmüddətli dostluğumuza və əməkdaşlığımıza görə təşəkkür edir, gələcək illərdə ona bol-bol uğurlar və firavanlıq arzulayırıq!
Hamad Kakar (İslam Gənclər Təşkilatının prezidenti)
Məruan Musa Sudah ( akademik, ərəb əsilli İordaniya və Rusiya vətəndaşı)
Elena Yaroslavovna Nedogina (İordaniyanın məşhur yazıçısı, “Əl-Anbat” qəzetinin yazarı)
Riyaz Sarıkahya (İraq parlamentinin sabiq deputatı, İraq Türkməneli Partiyasının başqanı)
Mardin Gökkaya (İraq Türkmən Cəbhəsinin Siyasi təşkilat başqanı)
***
Qəzetimizə dünyanın hər yerindən təbriklər ünvanlanıb. Okeanın o tayından, Avropa, Mərkəzi, Orta Asiya, Yaxın və Orta Şərq ölkələrindən... Hamısını ictimailəşdirə bilməsək də, diqqətlərinə görə hər birinə ayrı-ayrılıqda təşəkkürümüzü, minnətdarlığımızı bildiririk. Bu da onu sübut edir ki, “Xalq Cəbhəsi” bütün dünya azərbaycanlılarının, millətindən, dinindən, dilindən, irqindən asılı olmayan Azərbaycanı sevənlərin qəzetidir. “Xalq Cəbhəsi” dünyaya körpüdür, axı, dünyanın yolları “Xalq Cəbhəsi”ndə birləşir.
20 yaşın mübarək, “Xalq Cəbhəsi”!
Cavid