• 9 Dekabr 2021
logo
MEDİA-nın Müşahidə Şurası üzvlərinin və müavinlərin sayı azaldılıb

MEDİA-nın Müşahidə Şurası üzvlərinin və müavinlərin sayı azaldılıb

Medianın İnkişafı Agentliyinin (MEDİA) fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirən Müşahidə Şurasının üzvlərinin sayı azaldılıb.
Bu, “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 12 yanvar tarixli 1249 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanında əksini tapıb.
Əvvəl Müşahidə Şurası üzvlərinin sayı 6 idi, bu say 4-ə endirilib.
Fərmana əsasən, Agentliyin strukturu, əməyin ödənişi fondu, işçilərinin say həddi və onların əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) məbləği Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla Medianın İnkişafı Agentliyi tərəfindən təsdiq ediləcək.
Eyni zamanda, Fərmana əsasən, İcraçı direktorun müavinlərinin sayı 1-ə endirilib.
Əvvəl icraçı direktorun 2 müavini var idi.