“Təəssüf ki, bəzi media orqanları ya bilməyərəkdən, ya da qeyri-peşəkarlıqlarından irəli gələrək bir çox hallarda etibarsız mənbələrən olan xəbərlər yayımlayırlar”. Bunu xalqcəbhəsi.az-a açıqlamasında
Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadə deyib. O, bildirib ki, Azərbaycan jurnalistikasının qara yarası olan "birinci yayım" tendensiyası davam edir: “Həkimlərimiz sağlamlığı, polislərimiz ictimai asayişi qoruduqları kimi, mediada da gündəmin qoruyucu və yürüdücüsüdür. KİV hər zaman cəmiyyətdə baş verənlərin önündə olaraq yürüdücü rolunu oynamalıdır. Məhz bu zaman cəmiyyətdə KİV-ə inam olur.
KİV təmsilçiləri daha da diqqətli olmalıdırlar. Çünki etibarsız mənbələrdən olan məlumat, hər hansı yanlış informasiya cəmiyyətdə panika yarada bilər. Çünki bu gün informasiyanın özünün bir silah olmasını nəzərə alaraq bununla ehtiyatlı olmaq lazımdır. Əks halda həmin bu silahı bizim özümüzə qarşı istifadə edib hədəfə ala bilərlər.
Buna görə də jurnalistlərin işlərini necə qurmaları, informasiyadan necə istifadə etmələrilə bağlı treninqlərin keçirilməsi önəmlidir. Bu videotreninqlər informasiya sahəsi üzrə yetərincə formalaşmış mütəxəssislər, aparıc və təcrübəli jurnalistlər, aidiyyəti rəsmi qurumların nümayəndələri və s. tərəfindən keçirilməlidir. Eyni zamanda xarici ölkə jurnalistlərini də bu videotreninqlərə cəlb edərək KİV nümayəndələrinə beynəlxalq təcrübəni öyrətmək olar”.
Əli