• 1 Sentyabr 2026
logo
“Hüquq-mühafizə orqanları ciddi tədbirlər görməlidir” – Akif Aşırlı

“Hüquq-mühafizə orqanları ciddi tədbirlər görməlidir” – Akif Aşırlı

“Reket mətbuatına qarşı təkcə media strukturları, jurnalist təşkilatları deyil, bütövlükdə cəmiyyətin özü mübarizə aparmalıdır”. Bunu xalqcəbhəsi.az-a açıqlamasında “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı deyib. A.Aşırlı əlavə edib ki, bu baxımdan hüquq-mühafizə orqanları ciddi tədbirlər görməli, bu şərəfli peşədən şərəfsizcəsinə istifadə edənlər qanun qarşısında cavab verməlidirlər: “Biz, vaxtilə bu cür fəaliyyət göstərən “media”ya qarşı ictimai rəydən istifadə etmək istədik , “qara siyahılar” tərtib olundu. Amma, görünür bu cür mübarizə effektiv olmayıb. Reket mətbuatını doğuran əsas səbəblər sosial vəziyyətin cətinliyi, işsizlikdir”.
A.Aşırlı vurğulayıb ki, əvvəllər məmur savadsızlığı bu işə daha cox imkanlar yaradırdı: “İndi vəziyyət bir qədər dəyişib. Reket jurnalistikası artıq amörf bir kütlə olaraq formasını dəyişib. Əvvəllər ayda, iki ayda bir "qəzet" cıxaranlar indi bu fəaliyyəti internet üzərinə daşıyıblar. Savadlı cəmiyyət bütövlükdə bu cür fəaliyyətin qarşısını ala bilər. Bir də hüquq mühafizə orqanları bu məsələdə daha fəal olsa müəyyən nəticə əldə etmək mümkündür”.

Əli Zülfüqaroğlu