• 1 Sentyabr 2026
logo
“Yeni qanun media islahatları sahəsində əhəmiyyətli və nəzərəçarpan bir mərhələ açacaq” – Aydın Quliyev

“Yeni qanun media islahatları sahəsində əhəmiyyətli və nəzərəçarpan bir mərhələ açacaq” – Aydın Quliyev

“Media haqqında yeni qanunun hazırlanması ölkədə media islahatları tarixində əhəmiyyətli və nəzərəçarpan mərhələlərdən biridir”. Bunu Xalqcəbhəsi.az-a açıqlamasında “Baxı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev deyib”. O, bildirib ki, indiyə qədər bir çox islahatların aparılması ilə bağlı düşüncələr, təşəbbüslər olsa da onu həyata keçirmək mümkün olmurdu: “İndiyə qədər bizim media qanunverciliyində çoxsaylı prinsipial boşluqlar var idi. Hansılar ki, medianın müxtəlif aspektlərinin tənzimlənməsinə, cümlədən medianın inkişaf təmayüllərinin daha dəqiq müəyyənləşdirilməsi, mediada islahatların tətbiqi, jurnalistlərin peşəkarlığının artırılması və.s kimi islahatların həyata keçirilməsində praktik maneçiliklər törədirdi. Amam bu gün media qnaunvericiliyinin dəyişdirilməsi və yenilənməsi bu sahədə ilk öncə jurnalistlərin, qəzet, sayt redaksiyalarının statusunun müəyyənləşdirilməsi, qeydiyyat mexanizminin daha da sadələşdirilməsi və.s media islahatları sahəsində önəmli təzahürlərdən biridir. Vahid media kartının tətbiq olunması, media reyestirinin yaradılması ölkədə media sahəsində idarəçiliyin və yaradıcılıq prosesinin daha da təkmilləşdirlməsinə öz töhfəsini verəcək. Jurnalistlərin sosial rifahının yaxşılaşdırlması üçün jurnalistin statsunun dəqiqləşdirilməsinə çox ciddi əhəmiyyət daşıyırdı. Müxtəlif media seqmentləri arasında qanuni, hüquqi status fərqlərinin müəyyənləşdirilməsinə ciddi ehtiyac var idi. Nəhayət ölkədə bilinməli idi ki, qəzet və sayt deyəndə nə nəzərdə tutulur. Jurnalist kimdir, redaksiya nə deməkdir, jurnalistin sadəcə olaraq yazı yazan adamlardan fərqinin nədən olması və.s kimi məsələlər qanunvericilikdə öz əksini tapıb ki, bu da qanunun müsbət tərəflərindən biri sayılmalıdır. Bir sözlə yeni qanun media islahatları sahəsində əhəmiyyətli və nəzərəçarpan bir mərhələ açacaq”.