• 27 Aprel 2024
logo
Xankəndidə güclü partlayış: ölən var

Xankəndidə güclü partlayış: ölən var - Foto

Mayın 27-də Rusiyanın süllhməramlı kontingentinin müvəqqəti nəzarətində olan Azərbaycanın Xankəndi şəhərində güclü partlayış baş verib.

Baymedia.az Trend-ə istinadən xəbər verir ki, separatçılara məxsus sosial media seqmentlərində yayılan məlumata görə, şəhərdə bir qarajda partlayış baş verməsi nəticəsində bir nəfər həlak olub. Xilasedicilər G-nin meyitini çökmüş binanın dağıntıları altından tapıb çıxarıblar.

Partlayış nəticəsində qarajın içərisində və yaxınlıqda olan VAZ 2106 və “Opel Astra G” markalı avtomobillərə də ziyan dəyib.