• 4 Fevral 2023
logo
Sabirabadda partlayış: ər və arvad yandı

Sabirabadda partlayış: ər və arvad yandı

Sabirabadda qaz partlayışı nəticəsində ər-arvad yanıq xəsarətləri alıb.
Baymedia.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Qruzma kəndində qeydə alınıb.
Belə ki, qaz balonunun partlayışı nəticəsində ev sahibləri 1967-ci il təvəllüdlü Abdul Abusəməd oğlu Babayev və onun həyat yoldaşı 1970-ciil təvəllüdlü Gültəkin Zəbulla qızı Babayeva üz və bədənin müxtəlif hissələrindən yanıq xəsarətləri alıb.
Yaralılar Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.