• 20 Aprel 2024
logo
Bu yollarda güclü tıxac var

Bu yollarda güclü tıxac var

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxt yollarındakı son vəziyyətlə bağlı məlumat yayıb.
Bu barədə Baymedia.az-a Mərkəzdən bildirilib.
Hazırda bu yollarda nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir:
- Bakı-Sumqayıt şosesi - "20 Yanvar" metrostansiyası istiqamətində;
- Binəqədi şosesi, "Azadlıq prospekti" metrostansiyası istiqamətində;
- "20 Yanvar" dairəsində;
- Tiflis prospekti - 20 Yanvar metrostansiyasından mərkəz istiqamətində;
- Həsən bəy Zərdabi küçəsi - Qələbə dairəsi istiqamətində;
- Ziya Bünyadov prospekti - Olimpiya stadionunun qarşısından Əhməd Rəcəbli küçəsi ilə kəsişməyə qədər;
- Alı Mustafayev küçəsi - Ziya Bünyadov prospekti istiqamətində;
- Koroğlu Rəhimov küçəsi - Gülarə Qədirbəyova küçəsindən Ak. Həsən Əliyev küçəsi istiqamətində;
- Bakıxanov küçəsi - İnşaatçılar prospekti ilə kəsişmədən Dədə Qorqud parkı istiqamətində;
- Heydər Əliyev prospekti köməkçi yol - Mərkəz istiqamətində;
- Heydər Əliyev prospekti əsas yol - Mərkəz istiqamətində;
- Babək prospekti - Mərkəz istiqamətində;
- 28 May küçəsi - Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
- Dilarə Əliyeva küçəsi - Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
- Yusif Səfərov küçəsi - Heydər Əliyev prospekti istiqamətində;
- Üzeyir Hacıbəyli küçəsi - Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;
- Afiyəddin Cəlilov küçəsi - Yusif Səfərov küçəsi istiqamətində;
- Zərifə Əliyeva küçəsində;
- 8 Noyabr prospekti - Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;
- Mikayl Müşfiq küçəsi - Badamdar dairəsindən 20 saylı məktəb istiqamətində;
- Aeroport şosesi - Koroğlu metrostansiyası istiqamətində.