• 3 Oktyabr 2022
logo
Bakıdan Batumiyə uçan təyyarə Tiflisdə təcili eniş etdi

Bakıdan Batumiyə uçan təyyarə Tiflisdə təcili eniş etdi

Azərbaycan Hava Yolları QSC-nin (AZAL) aşağı büdcəli törəməsi – “Buta Eyrveys” (Buta Airways) şirkətinin Bakıdan Gürcüstanın Batumi şəhərinə reys yerinə yetirən hava gəmisinin kapitanı Tiflis ehtiyat hava limanına enməyə qərar verib.
Aviaşirkətdən Baymedia.az-a verilən məlumata görə, buna səbəb Batumi hava limanı ətrafında pis hava şəraitinin olmasıdır. "Embraer 190" markalı təyyarə saat 09:40-da Tiflisdə eniş edib.