• 25 Aprel 2024
logo
Şamaxıda bələdiyyə binasında yanğın olub

Şamaxıda bələdiyyə binasında yanğın olub

Şamaxıda bələdiyyə binasında yanğın olub.
Fövqəladə Hallar Nazirliyinin xəbərinə görə, rayonunun Məlikçobanlı kəndində ümumi sahəsi 30 m² olan ərzaq mağazasının yanar konstruksiyaları və bitişik, ümumi sahəsi 400 m² olan bələdiyyəyə məxsus ikimərtəbəli inzibati binanın dam örtüyünün taxta atmaları 1 m² sahədə yanıb.
Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.