• 23 Aprel 2024
logo
Qəzada xəsarət alan bələdiyyə sədri vəfat edib

Qəzada xəsarət alan bələdiyyə sədri vəfat edib

Dünən Göygöldə baş verən qəzada xəsarət alan sürücü bu gün xəstəxanada ölüb.
"Tofaş" markalı avtomobilin dərəyə aşması nəticəsində ölən şəxs 1964-cü il təvəllüdlü Bayramov Asif Hümbət oğludur.
Asif Bayramov Göygöl rayon Zurnabad kənd bələdiyyəsinin sədri idi.
Faktla bağlı araşdırma aparılır.