• 28 İyun 2022
logo
Qubada qadını avtomobil vuraraq öldürüb

Qubada qadını avtomobil vuraraq öldürüb

Qubada ölümlə nəticələnən yol qəzası baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, iyunun 23-də saat 21 radələrində Quba şəhərində Rustov kənd sakini Ə.Əsədov idarə etdiyi “VAZ-21099” markalı avtomobillə yolu keçən şəhər sakini Vəsilə Babayevanı vurub və nəticədə piyada hadisə yerində ölüb.
Quba Rayon Polis Şöbəsində araşdırma aparılır.