• 28 Mart 2024
logo
TAİB-in təmsilçiləri Türk şəhidlərinin məzarlarını ziyarət ediblər

TAİB-in təmsilçiləri Türk şəhidlərinin məzarlarını ziyarət ediblər

Ötən gün Türk Ağsaqqalları Birliyi-nin təmsilçiləri Eyvaz Hünbətov, Akif Rufullayev, İlham Qəhrəman, Nicat Hüseyn Dağlar, Elnur Eltürk və Şərafət Şəfa Fatmayı kəndinin qəbristanlığında Türk şəhidlərinin məzarını ziyarət ediblər. Ziyarətdə Azərbaycanda səfərdə olan Türkiyə Jurnalistlər Birliyinin üzvü, türkiyəli jurnalist İzzet Sarı, "İnkişafa və İslahatlara" Dəstək İctimai Birliyinin sədri, Öndər. TV-nin təsisçisi Ramil Əliyev, jurnalist Əli Zülfüqaroğlu da iştirak edib.
Heyət, əvvəlcə Azərbaycan və Türkiyə bayraqlarını təzələri ilə əvəz edib, məzarların üstünə tər çiçəklər düzüblər.
Ziyarətçilər 1918-ci ildə erməni terror birləşmələrinə qarşı mübarizədə Azərbaycan əsgərləri ilə yanaşı canlarını qurban vermiş qəhrəman türk əsgərlərini ehtiramla yad edərək onların ruhuna dualar oxuyublar.