• 27 Aprel 2024
logo
Bakıda orta məktəbdən oğurluq olub

Bakıda orta məktəbdən oğurluq olub

Bakıda orta məktəbdən oğurluq edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə rayon ərazisindəki orta məktəblərdən birinin sinif otağından 2 ədəd noutbuk və printerin oğurlanması barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş T.Almyaşev müəyyən edilərək saxlanılıb.
Araşdırma aparılır.