• 27 Aprel 2024
logo
AZAL: İstanbul-Bakı reysi gecikir

AZAL: İstanbul-Bakı reysi gecikir

İstanbulda əlverişsiz hava şəraiti (güclü qar) səbəbindən "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) İstanbul-Bakı reysi gecikir.
AZAL-dan verilən məlumata görə, hazırda reysin sərnişinləri sərnişin terminalının daxilindədir və qida və alkoqolsuz içki ilə təmin olunacaqlar.
Məlumata görə, İstanbul hava limanının icazəsi olan kimi təyyarə İstanbuldan Bakıya yola düşəcək.