• 19 May 2022
logo
Hərbi hissələrdə bölük komandirləri ilə təlim toplanışları keçirilib

Hərbi hissələrdə bölük komandirləri ilə təlim toplanışları keçirilib - VİDEO

Təsdiq olunmuş döyüş hazırlığı planına əsasən hərbi hissələrdə bölük komandirləri ilə komandir hazırlığı toplanışları keçirilib. Müdafiə Nazirliyindən verilən məlumata görə, toplanış müddətində komandirlər yüksək texnologiyanın da tətbiqi ilə ümumqoşun hazırlığı üzrə keçirilən nəzəri və praktiki məşğələlərdə müxtəlif tapşırıqları yerinə yetiriblər. Toplanışın keçirilməsində əsas məqsəd komandir heyətinin idarəetmə bacarıqlarının və praktiki vərdişlərinin təkmilləşdirilməsidir.