• 24 Yanvar 2022
logo
Bakıda evdə 76 yaşlı qadın meyiti tapılıb

Bakıda evdə 76 yaşlı qadın meyiti tapılıb

Bakı şəhərində mənzildə meyit aşkar edilib.
Fövqəladə Hallar Nazirliyinin (FHN) verdiyi məlumata görə, "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Xətai rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1946-cı il təvəllüdlü Məmmədova Zərqələm Əjdər qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.