• 28 Mart 2024
logo
İranla sərhəddə sərhədçilərə bıçaqla xəsarət yetirməyə çalışan şəxs tutulub

İranla sərhəddə sərhədçilərə bıçaqla xəsarət yetirməyə çalışan şəxs tutulub

İranla dövlət sərhədində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb.
Dövlət Sərhəd Xidmətindən verilən məlumata görə, noyabrın 25-də saat 02:55 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində Beyləqan rayonunun Əmirzeyidli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində içərisində 4 nəfərin olduğu sarı rəngli “VAZ” markalı 10-DZ-092 dövlət nömrə nişanlı avtomobilin əraziyə yaxınlaşması və nəqliyyat vasitəsindən iki nəfərin düşərək özlərini şübhəli aparmaları sərhəd naryadının diqqətini cəlb edilib.
Sərhəd naryadının “Dayan” əmrinə tabe olmayaraq, ərazidən bağlama götürüb avtomobillə hadisə yerindən uzaqlaşmağa cəhd edən şəxslər Daşburun dairəsi istiqamətində saxlanılıblar. Onların Bakı şəhər sakinləri 1975-ci il təvəllüdlü Bədəlzadə Azər Araz oğlu, 2004-cü il təvəllüdlü Bədəlov Araz Azər oğlu, 1990-cı il təvəllüdlü Abdullayev Əfqan Fazil oğlu və Beyləqan rayon sakini 1976-cı il təvəllüdlü Allahverdiyev Elşən İnşallah oğlu olmaları müəyyənləş¬dirilib, avtomobilə baxış zamanı bir ədəd bağlamanın içərisində ümumi çəkisi 6 kiloqram 400 qram narkotik vasitəyə bənzər maddə (100 qram “tiryək”, 600 qram “heroin”, 5200 qram “marixuana”, 500 qram metamfetamin)və 2000 ədəd “tramadol” həbi aşkar olunaraq götürülüb. Saxlanılan şəxslərdən əvvəllər narkotik vasitənin istifadəsinə görə məhkum olunmuş A.Bədəlzadə sərhədçilərə qarşı müqavimət göstərərək bıçaqla xəsarət yetirməyə çalışarkən tərkisilah edilib.