• 29 Mart 2024
logo
Cəbrayılda təmir-tikinti işləri aparan şəxs minaya düşüb

Cəbrayılda təmir-tikinti işləri aparan şəxs minaya düşüb

Cəbrayıl rayonunun işğaldan azad edilmiş Mehdili kəndi ərazisində 1980-ci il təvəllüdlü Natiq Mamedovun təmir-tikinti işləri apararkən minaya düşərək xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.
Cəbrayıl rayon prokurorluğundan verilən məlumata görə, prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Aparılmış araşdırmalarla müəyyən edilib ki, Natiq Mamedovun qeyd edilən ərazidə minaya düşməsi nəticəsində sağ ayağı travmatik amputasiya olunub.
Faktla bağlı Cəbrayıl rayon prokurorluğunda araşdırma aparılır.