• 17 Oktyabr 2021
logo
Aeroport yolundakı qəzadan sonra KTM-ə yerləşdirilən yaralıların durumu açıqlanıb

Aeroport yolundakı qəzadan sonra KTM-ə yerləşdirilən yaralıların durumu açıqlanıb

Aeroport yolunda sərnişin avtobusunun yük maşını ilə toqquşması nəticəsində yaralanaraq Kliniki Tibbi Mərkəzə yerləşdirilən 10 nəfərdən 6-sı evə buraxılıb.
TƏBİB-dən verilən xəbərə görə, 1 nəfərin vəziyyəti ağırdır. 1 nəfər reanimasiya, 3 nəfər isə cərrahiyə şöbəsindədir.