• 2 May 2024
logo
Bakıda yarım milyonluq maşın qəza törətdi - Foto

Bakıda yarım milyonluq maşın qəza törətdi - Foto

Bakının Xətai rayonunda ağır yol qəzası qeydə alınıb.

Baymedia.az APA-ya istinadən xəbər verir ki, qəza Yusif Səfərov küçəsində qeydə alınıb.

“Mersedes Meybək” (Mercedes Maybach) markalı avtomobilin sürücüsü yüksək sürətlə hərəkətdə olarkən işıqforun qırmızı işığında dayanan "Lip Motors C11" (Leap Motors C11) markalı maşına çırpılıb.

Zərbənin təsirindən “Meybək” deformasiyaya uğrayıb, “Lip Motors”da olan sərnişin xanım xəsarət alıb.

Hadisə yerinə yol patrul xidmətinin əməkdaşları cəlb edilib.

“Meybək” markalı maşının sürücüsü alkoqol sərxoşluğunun yoxlanılması məntəqəsinə aparılıb.

Hazırda fakt araşdırılır.