• 17 Aprel 2024
logo
Prezident fərman imzaladı

Prezident fərman imzaladı

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 29 noyabr tarixli 1691 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Baymedia.az fərmanın mətnini təqdim edir:

“Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 29 noyabr tarixli 1691 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 11, maddə 2030 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

1. Həmin Fərmanla təsdiq edilmiş Əlavə 3 – “Sahibkarlar tərəfindən manatla alınan kreditlərə təminat verilməsi Qaydası”nın 4.1.6-cı yarımbəndinə “dövriyyə” sözündən əvvəl “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində yaşayış sahələrinin tikintisi məqsədilə dövriyyə vəsaitlərinin maliyyələşdirilməsi üçün alınmış kreditlər istisna olmaqla,” sözləri əlavə edilsin.

2. Həmin Fərmanla təsdiq edilmiş Əlavə 5 – “Sahibkarlar tərəfindən manatla alınan kreditlərə hesablanmış faizlərə görə subsidiya verilməsi Qaydası”nın 3.2-ci bəndinə (birinci halda) “miqdarında,” sözündən sonra “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində yaşayış sahələrinin tikintisi fəaliyyəti ilə məşğul olan sahibkara,” sözləri əlavə edilsin.