• 17 Aprel 2024
logo
ABŞ-da kommersiya neft ehtiyatları 442 mln. bareli ötüb

ABŞ-da kommersiya neft ehtiyatları 442 mln. bareli ötüb

Ötən həftənin yekunlarına görə, ABŞ-da kommersiya neft ehtiyatları 3 514 min barel artaraq 442 964 min barel təşkil edib.

Baymedia.az-ın məlumatına görə, bu barədə ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyasının (EIA) dərc etdiyi hesabatda bildirilir.

Məlumata əsasən, bundan öncə analitiklər ABŞ-ın kommersiya neft ehtiyatlarının 3 879 min barel artacağını proqnozlaşdırırdı.

ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar dünya bazarında "qara qızıl"ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.