• 27 İyul 2024
logo
Azərbaycanın qeyri-neft ixracı 10 faizdən çox artıb

Azərbaycanın qeyri-neft ixracı 10 faizdən çox artıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanın qeyri-neft məhsullarının ixracının dəyəri 3 milyard 033,68 milyon ABŞ dolları təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 10,5 faiz çoxdur.

İxracın və İnvestisiyaların Təşviqi Agentliyindən (AZPROMO) Baymedia.az-a bildirilib ki, təkcə noyabr ayında isə qeyri-neft məhsullarının ixracı 321,85 milyon dolları təşkil edib. Bu, əvvəlki ilin noyabr ayı ilə müqayisədə 6,2 faiz çoxdur.

Xatırladaq ki, 2022-ci ildə Azərbaycanın qeyri-neft ixracı illik müqayisədə 12,3 faiz artaraq 3 milyard 047,67 milyon ABŞ dollarına bərabər olub.