• 20 Aprel 2024
logo
Səfir: Azərbaycan-Gürcüstan Hökumətlərarası Komissiyanın iclası keçiriləcək

Səfir: Azərbaycan-Gürcüstan Hökumətlərarası Komissiyanın iclası keçiriləcək

Bu il Tbilisidə Azərbaycanla Gürcüstan arasında Hökumətlərarası Komissiyanın iclası keçiriləcək. Bundan əlavə, iki ölkənin iş adamlarının iştirakı ilə biznes forum keçiriləcək.
Bunu Gürcüstanın Azərbaycandakı səfiri Zviad Chumburidze Bakıda keçirilən Azərbaycan-Gürcüstan Biznes Forumunda bildirib.
O bildirib ki, əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində fəaliyyət davam etdiriləcək: "Bugünki tədbir ikitərəfli əlaqələrə, əməkdaşlığa töhfə verəcək. Ölkələrimiz arasında əlaqələr yüksək səviyyədədir. Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır. Post pandemiya dövründə bir neçə yüksək səviyyəli görüşlər həyata keçirilib. Bir sıra istiqamətlərdə əməkdaşlıq edirik".