• 29 Mart 2024
logo
Azərbaycan-Türkiyə-Qazaxıstan nəqliyyat sahəsi üzrə İşçi Qrup formalaşdıracaq

Azərbaycan-Türkiyə-Qazaxıstan nəqliyyat sahəsi üzrə İşçi Qrup formalaşdıracaq

Bu gün imzalanan Bakı Bəyannaməsi üç ölkə arasında daha böyük layihələrin ərsəyə gəlməsində böyük töhfə olacaq.
Bunu Azərbaycan, Türkiyə və Qazaxıstan xarici işlər və nəqliyyat sahəsi üzrə məsul nazirlərinin birinci üçtərəfli görüşündən sonra keçirilən mətbuat konfransında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.
Nazir bildirib ki, nəqliyyat sahələri üzrə məsul nazirlər arasında İşçi Qrup formalaşdırılacaq:
“Növbəti iclasın Qazaxıstanda keçirilməsi barədə razılıq əldə edilib. İclas yaxın aylarda həyata keçiriləcək”.