• 27 İyun 2022
logo
Daha az ərzaq üçün daha çox pul xərclənir

Daha az ərzaq üçün daha çox pul xərclənir

FAO yüksək ərzaq və kənd təsərrüfatı məhsullarının artan qiymətlərini ərzaq təhlükəsizliyinə təhlükə sayır

Dünyada ərzaq və kənd təsərrüfatı məhsullarının qiymətləri artmaqda davam edir və bu, əksər ölkələri, xüsusən də daha çox idxaldan asılı olan dövlətləri ciddi narahat edir. Rusiya-Ukrayna müharibəsinin uzanması isə bu sahədəki problemləri artırmaqla yanaşı riskləri daha da böyüdür. Xüsusən də belə davam edəcəyi təqdirdə 2022-ci ilin payız-qış mövsümündə ayrı-ayrı ölkələrin ərzaq təhlükəszliyinə daha böyük təhdidlər yaranacaq.
BMT bu sahədə çox narahatdır. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) son “Ərzaq proqnozu” adlı hesabatında da bu məqamlar öz əksini tapıb. Hesabata əsasən, ekspertlər hesab edirlər ki, dünyanın ən həssas təbəqələri indi daha az ərzaq üçün daha çox pul ödəyirlər.
FAO-nun proqnozlarına görə, maliyyə baxımından qlobal ərzaq idxalı bu il rekord həddə - 1,8 trilyon dollara çatacaq , lakin gözlənilən artımın əsas hissəsi daha yüksək qiymətlərdən başqa nəqliyyat xərclərinin üzərinə düşəcək. Xüsusən də bir çox həssas ölkələrin daha çox vəsait ödəməsi, lakin daha az qida alması narahatlıq doğurur.
Qlobal ərzaq idxalının 2021-ci ilə nisbətən maliyyə baxımından 51 milyard dollar artacağı proqnozlaşdırılır ki, bu da qiymətlərin yüksəlməsi ilə əlaqədar 49 milyard dollar artımdır. İnkişaf etmiş ölkələrin bu il ərzaq idxalı xərclərini 5 faiz azaltmaq məcburiyyətində qalacağı, Afrika və xalis ərzaq idxal edən inkişaf etməkdə olan ölkələr qrupunun isə idxalın azalmasına baxmayaraq, ümumi xərclərinin artıracağı gözlənilir. Hesabatda deyilir ki, "bunlar ərzaq təhlükəsizliyi üçün xəbərdarlıq işarələridir və idxalçıların artan beynəlxalq xərcləri qarşılamaqda çətinlik çəkəcəklərini və onların qiymət dayanıqlığının sonunu xəbər verə biləcəyini göstərir".
FAO-nun qida proqnozları üzrə iqtisadçı eksperti Upali Galketi Aratçilaqe deyib: “Ukraynadakı müharibədən qaynaqlanan artan resurs qiymətləri, hava narahatlıqları və artan bazar qeyri-müəyyənliyi ilə FAO-nun son proqnozları qida ilə bağlı vəziyyətinin pisləşə biləcəyinə işarə edir. Bazarlar və ərzaq idxalı üzrə maliyyə şərtləri yeni rekorda imza atacaq”.
Ərzaq idxalından daha çox asılı olan aşağı gəlirli ölkələrin ərzaq təhlükəsizliyini qorumaq strategiyası kimi FAO onların tədiyyə balansını təmin etmək üçün ərzaq idxalının maliyyələşdirilməsi mexanizminin yaradılmasını təklif edir.
2022-ci ildə baş verməsi gözlənilən idxal xərclərinin artması əsasən heyvan mənşəli piylərin və bitki yağlarının bahalaşması ilə bağlıdır. Baxmayaraq ki, dənli bitkilərin istehsalı inkişaf etmiş ölkələrdə də var. İnkişaf etməkdə olan ölkələr qiymətlərin artması nəticəsində yaranan artan xərcləri qarşılaya bilmədiklərindən taxıl, bitki yağları və ət idxalını ümumiyyətlə azaldırlar.
İki illik “Food Outlook” hesabatı FAO tərəfindən hazırlanan dənli bitkilər, yağlı toxumlar, şəkər, ət, süd məhsulları və balıq da daxil olmaqla, dünyanın əsas ərzaq məhsullarına tələb və təklifin bazar tendensiyalarının icmalını təqdim edir. O həmçinin fyuçers bazarının tendensiyalarını və qida göndərmə tariflərini təhlil edir. Yeni nəşrdə həmçinin qiymət artımının yanacaq və gübrə kimi kənd təsərrüfatı məhsullarına mümkün təsiri və Ukraynadakı müharibənin qlobal ərzaq bazarları üçün yaratdığı risklərə baxan iki xüsusi fəsil var.
2022-ci ildə əsas dənli bitkilərin qlobal istehsalının son dörd ildə ilk dəfə azalacağı və onların qlobal istehlakının da son 20 ildə ilk dəfə azalacağı gözlənilir. Bununla belə, dənli bitkilərin birbaşa istehlak üçün istifadəsinin azalacağı gözlənilmir. Çünki ümumi istehlakın azalmasının yem kimi istifadə olunan buğda, taxıl və düyü həcmlərinin azalması hesabına olacağı proqnozlaşdırılır.
Dünya buğda ehtiyatları bu il əsasən Çin, Rusiya və Ukraynada ehtiyatların gözlənilən artımı hesabına bir qədər artacaq. Qlobal qarğıdalı istehsalı və istifadəsinin Braziliya və ABŞ-da etanol və Çində sənaye nişastası istehsalının artması ilə yeni rekord vuracağı proqnozlaşdırılır. Gözlənilən tələb normasına baxmayaraq, bitki yağlarının qlobal istehlakının istehsalı üstələdiyi təxmin edilir.
Argentina, Avropa İttifaqı və Amerika Birləşmiş Ştatlarında ət istehsalının azalacağı gözlənilir, lakin qlobal istehsalın 1,4 faiz artacağı gözlənilir ki, bu da Çinin donuz əti istehsalında 8 faizlik artıma nail olmaq imkanları ilə bağlıdır.
Qlobal süd istehsalının bir neçə əsas istehsal edən bölgədə heyvan sürülərinin azalması və mənfəət marjasının azalması səbəbindən əvvəlki illərə nisbətən daha yavaş böyüməsi proqnozlaşdırılır və ticarət həcmi 2021-ci ilin yüksək səviyyələrindən aşağı düşə bilər.
Dünyada şəkər istehsalının Hindistan, Tayland və Avropa İttifaqında artan istehsalın təsiri ilə üç illik azalmadan sonra artacağı gözlənilir. Dünya akvakultura istehsalının 2,9 faiz, ovçuluq istehsalının isə 0,2 faiz artacağı proqnozlaşdırılır. Balıq qiymətlərinin artması səbəbindən ümumi balıqçılıq və akvakultura ixrac gəlirlərinin 2,8 faiz artacağı, ixrac həcminin isə 1,9 faiz azalacağı gözlənilir.
FAO ərzaq proqnozlarında buğda, qarğıdalı, düyü, yağlı toxumlar, həmçinin süd məhsulları, ət, balıq və şəkər kimi əsas kənd təsərrüfatı mallarına daha yaxından nəzər salır. Artan ərzaq qiymətlərinin üzərinə bütün zamanların ən yüksək səviyyəsinə yaxın olan FAO Ərzaq Qiymətləri İndeksindəki artım, bəzi əsas qidaların qiymətlərində keçən ildən başlayan nəzərəçarpacaq yüksəlişi səbəbindən kənd təsərrüfatı sektoru təklifi məhdudlaşdırmaq məcburiyyətindədir. Artan istehsal xərclərinə xüsusilə gübrə və yanacağın bahalaşması təsir göstərir ki, bu da ərzaq qiymətlərinin daha da artmasına səbəb ola bilər.
Ümumiyyətlə, təsərrüfat gəlirləri artdıqca yüksək ərzaq qiymətləri istehsalçıların əlinə keçir. Bununla belə, enerji qiymətlərinin artması və sektorun əsas oyunçuları tərəfindən gübrələrə ixrac məhdudiyyətləri ilə bağlı kənd təsərrüfatı məhsullarının artan qiyməti bütün bu artımı kompensasiya edir və vəziyyət belə davam edərsə, narahatlıqlar yaranacaq. Tədarükün stimullaşdırılması üçün operativ və müvafiq tədbirlərin görülməsi lazım gələcək. FAO-nun Bazarlar və Ticarət Departamentindən ekspertlər Josef Schmidhuber və Bin Qiao kənd təsərrüfatı məhsullarının qiymətlərində artım tendensiyaları ilə bağlı xüsusi fəsildə qeyd edirlər ki, “Kənd təsərrüfatı məhsullarının qiymətlərindəki artım bütün dünya üzrə fermerlərin hətta onlara olan tələbatı ödəyə biləcəkləri ilə bağlı suallar doğurur”.
Fermerlər kənd təsərrüfatı məhsullarından istifadəni azalda və ya daha az resurs tələb edən məhsullara keçə bilərlər ki, bu da əmək məhsuldarlığını azaltmaqla yanaşı, həm də əsas ərzaq məhsullarının beynəlxalq bazarlara ixracına mənfi təsir göstərəcək. Beləliklə də idxaldan yüksək dərəcədə asılı olan ölkələrin yükünü artıracaq. Çünki onlar əsas ərzaq ehtiyaclarını ödəmək üçün daha çox idxal edirlər. Ekspertlər əlavə edir ki, bu, əsas ixracatçı ölkələr üçün də keçərlidir, məsələn, bəzi Şimali Amerika fermerləri böyümək üçün daha az azot gübrəsi tələb edən qarğıdalıdan soya istehsalına keçirlər.
FAO tərəfindən 2021-ci ildə hazırlanmış yeni göstərici - Qlobal Giriş Qiymətləri İndeksi (GIPCR) indi bütün zamanların ən yüksək həddindədir və son 12 ay ərzində FAO-nun Ərzaq Qiymətləri İndeksindən daha çox yüksəlmişdir. Bu, hətta daha yüksək istehlak qiymətləri fonunda kənd təsərrüfatı məhsullarının real qiymətlərinin aşağı olmasını göstərir. Bu da öz növbəsində fermerləri gələcəkdə istehsalı artırmaq həvəsindən məhrum edir. Lakin bunun baş verməsi üçün ya GIPCR aşağı düşməlidir, ya FAO-nun Ərzaq Qiymətləri İndeksi daha da yüksəlməlidir, ya da bu hadisələrin hər ikisi baş verməlidir. Hesabatda deyilir ki, hazırda və hazırkı mühitə əsasən, vəziyyət “təchizatın bazar tənzimlənməsi baxımından yaxşı heç nə vəd etmir. Bu isə 2022-2023-cü illərdə və hətta sonrakı illərdə də ərzağın qiymətlərinin daha da artmasına səbəb ola bilər.
Mahir Həmzəoğlu