• 20 Aprel 2024
logo
“Cənab Prezidentin aqrar sahəyə xüsusi qayğısı yerli istehsalın artmasına səbəb olmaqdadır”

“Cənab Prezidentin aqrar sahəyə xüsusi qayğısı yerli istehsalın artmasına səbəb olmaqdadır”

Aydın Hüseynov: “Azərbaycanın öz ərzaq təhlükəsizliyini təmin etməsi üçün güclü imkanlar mövcuddur”

Azərbaycanda ərzaq təhlükəsizliyinin yüksək səviyyədə təmin olunması yürüdülən siyasətin başlıca prioritetlərindən biridir. Son illər ərzində “Azərbaycan Respublikasının ərzaq təhlükəsizliyi Proqramı” və “Əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın icra edilməsi bu istiqamətdə əhəmiyyətli rol oynayıb. Azərbaycanın ərzaq malları ilə etibarlı şəkildə özünütəminetmə səviyyəsi yaxşılaşıb. 2015-ci ildə təsdiq edilmiş ”Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi"ndə də etibarlı ərzaq təminatına nail olunması qarşıya qoyulan hədəflərdən birini təşkil edir”. Bunu xalqcəbhəsi.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov bildirib. Onun sözlərinə görə, regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurlu icrası da bu sahədə mühüm rol oynayıb: “Həmin proqram çərçivəsində səmərəli istehsal və satış infrastrukturu yaradılıb, ərzaq məhsullarının keyfiyyətinə nəzarət sistemi təkmilləşdirilib, aqrar sektorun rəqabət qabiliyyətinin yüksəldilməsi ilə bağlı işlər görülüb. Nəticədə kənd təsərrüfatı məhsulu istehsalı artıb. 2021-ci ildə kənd təsərrüfatı məhsullarının istehsal həcmində 5,9 faiz artım baş verib”.
A.Hüseynov qeyd edib ki, bu günlərdə yerli televiziya kanallarına müsahibə zamanı Cənab Prezident İlham Əliyev Azərbaycanda ərzaq təhlükəsizliyinin prioritet olduğunu bir daha diqqətə çatdırdı: “Cənab Prezident bildirdi ki, aqrar sahəyə xüsusi dövlət dəstəyinin artırılması, fermerlərə verilən subsiduyaların həcminin və əhatə dairəsinin genişləndirilməsi kənd təsərrüfatında əklaəv dəyərin əhəmiyyətli dərəcədə artmasına səbəb olub. Son 15 il ərzində meyvə-tərəvəz, üzüm və digər məhsulların istehsal həcmi 2 dəfə artıb. Son beş il ərzində pambıqçılıq dirilib və qeyri-neft ixracatında pambığın nisbəti ildən-ilə yüksəlir. Nəticədə Azərbaycanın ərzaq malları ilə özünütəminetmə səviyyəsi də xeyli yaxşılaşıb. Hazırda ölkəmiz mal əti ilə özünü təqribən 90 faiz səviyyəsində təmin edir, qoyun əti ilə 100 faiz. Süd və süd məhsullarının istehsalı 80 faizə çatıb. Həmçinin toyuq əti istehsalı 80 faizə çatıb. Həmçinin, taxıl və buğda istehsalı da artımaqda davam edir və özünütəminetmə səviyyəsi hər il artır”.
Millət vəkilinin sözlərinə görə, hazırda qlobal səviyyədə ərzaq təminatı problemlərinin yaşanmaqdadır: “Son bir neçə ildə enerji daşıyıcılarının qiymətinin kəskin artması, aparıcı ölkələrin maliyyə bazarında baş verən neqativ meyillər, habelə əhalinin sayının çoxalması nəticəsində ərzaq məhsullarına olan tələbatın yüksəlməsi, iqlim dəyişkənliyi, su ehtiyatlarının məhdudluğu və digər səbəblərə görə əsas ərzaq məhsullarının dünya bazarlarında qiymətlərin artmasına səbəb olub, eyni zamanda bəzi ölkələrdə ərzaq qıtlığı real təhlükəyə çevrilib. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı bildirir ki, 2021-ci ildə dünyada ərzaq mallarının qiymətləri 31 faiz artıb. Bu bir sıra mallarda idxaldan asılı olan Azərbaycanda da qiymətlərin artımını şərtləndirir. Ancaq ölkəmizdə qida malları ilə özünütəminetmə digər ölkələrlə nisbətdə daha yaxşıdır və 80 faizə bərabərdir”.
A.Hüseynovun fikrincə, dövlət başçısı tərəfindən aqrara sahəyə xüsusi diqqət və dəstək tədbirləri, o cümlədən işğaldan azad edilmiş torpaqlarda əkinçiliyin bərpası kənd təsərrüfatı mallarının istehsalını və qida malları ilə özünü təminetmə səviyyəsinin artmasına səbəb olacaq: “Cənab Prezident bəyan etdi ki, artıq həmin bölgələrdə əkinçilik üçün böyük vəsait səfərbər olunub, özəl şirkətlərə, fermerlərə təlimat verilib və artıq orada əkin işləri başlanıb. Xüsusilə də buğda əkini sahələrinə geniş yer verilməkdədir. Beləliklə, azad edilmiş mövcud torpaqlarda taxılçılıq üçün yararlı olan və məqbul sayılan yerlərdə əkin aparıldıqdan sonra ərzaq buğdası istehsalı təqribən 200 min ton artacaq və bu da un təminatını xeyli yaxşılaşdıracaq”.