• 23 Aprel 2024
logo
Ağdam və "Araz Vadisi İqtisadi Zonası" sənaye parklarına 40 mln. manatlıq layihələr təqdim edilib

Ağdam və "Araz Vadisi İqtisadi Zonası" sənaye parklarına 40 mln. manatlıq layihələr təqdim edilib

Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarına böyük maraq göstərilir. Bu sənaye parklarının rezidenti olmaq üçün sahibkarlar tərəfindən İqtisadiyyat Nazirliyinə 10-dək layihə təqdim edilib.
Bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter” hesabında yazıb.
O qeyd edib ki, bu layihələrin ilkin investisiya dəyəri 40 mln. manata yaxındır. Hazırda layihələrin dəyərləndirilməsi aparılır.