• 27 İyul 2024
logo
Azərbaycanın MDB ölkələri ilə ticarət dövriyyəsinin həcmi açıqlanıb

Azərbaycanın MDB ölkələri ilə ticarət dövriyyəsinin həcmi açıqlanıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycanla MDB ölkələri arasında 1 milyard 917 milyon 636 min ABŞ dolları dəyərində ticarət əməliyyatları baş tutub.

Bu barədə Baymedia.az-a Dövlət Gömrük Komitəsindən bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,3 % azdır.

Hesabat dövründə MDB ölkələri ilə ticarət əməliyyatları ölkənin ümumi ticarət dövriyyəsinin 32,3 %-ni təşkil edib.

Bu dövrdə Azərbaycanın ticarət dövriyyəsinin dəyəri azalan sıra üzrə Rusiya ilə 1 milyard 308 milyon 456 min ABŞ dolları (1 il əvvələ nisbətən 5,7 % az), Ukrayna ilə 152 milyon 922 min ABŞ dolları (44,6 % çox), Türkmənistanla 150 milyon 614 min ABŞ dolları (49,2 % az), Belarusla 137 milyon 63 min ABŞ dolları (22,1 % çox), Qazaxıstanla 87 milyon 269 min ABŞ dolları (47,9 % az), Özbəkistanla 50 milyon 944 min ABŞ dolları (6,9 % az), Qırğızıstanla 24 milyon 728 min ABŞ dolları (2,7 dəfə çox), Moldova ilə 3 milyon 422 min ABŞ dolları (15,3 % az), Tacikistanla 2 milyon 208 min ABŞ dolları (78,2 % çox) olub.

Dörd ayda Azərbaycandan Rusiyaya 325 milyon 478 min ABŞ dolları (illik müqayisədə 6,9 % az), Ukraynaya 50 milyon 288 min ABŞ dolları (66,1 % çox), Türkmənistana 25 milyon 679 min ABŞ dolları (8,7 % az), Belarusa 12 milyon 861 min ABŞ dolları (27,3 % çox), Qazaxıstana 16 milyon 961 min ABŞ dolları (53,3 % az), Özbəkistana 8 milyon 190 min ABŞ dolları (47,7 % az), Qırğızıstana 21 milyon 498 min ABŞ dolları (2,9 dəfə çox), Moldovaya 1 milyon 377 min ABŞ dolları (41,3 % az), Tacikistana 1 milyon 916 min ABŞ dolları (55,3 % çox) dəyərində məhsul ixrac edilib.

Ölkənin ümumi ixracında Rusiya 3,98 %, Ukrayna 0,62 %, Türkmənistan 0,31 %, Belarus 0,16 %, Qazaxıstan 0,21 %, Özbəkistan 0,1 %, Qırğızıstan 0,26 %, Moldova 0,02 %, Tacikistan 0,02 % paya sahib olub.

Yanvar-apreldə Azərbaycana Rusiyadan 982 milyon 978 min ABŞ dolları (20,5 % çox), Ukraynadan 102 milyon 634 min ABŞ dolları (2,5 dəfə çox), Türkmənistandan 124 milyon 935 min ABŞ dolları (93,8 % çox), Belarusdan 124 milyon 202 min ABŞ dolları (1,7 dəfə az), Qazaxıstandan 70 milyon 308 min ABŞ dolları (5 % az), Özbəkistandan 42 milyon 754 min ABŞ dolları (14,7 % az) Qırğızıstandan 3 milyon 230 min ABŞ dolları (25,3 % çox), Moldovadan 2 milyon 45 min ABŞ dolları (36,8 % az), Tacikistandan 292 min ABŞ dolları (59,6 % az) dəyərində məhsul idxal edib.

Ölkənin ümumi idxalında Rusiya 17,99 %, Ukrayna 1,88 %, Türkmənistan 2,29 %, Belarus 2,27 %, Qazaxıstan 1,29 %, Özbəkistan 0,78 %, Qırğızıstan 0,06 %, Moldova 0,04 %, Tacikistan 0,01 % paya sahib olub.