• 27 İyul 2024
logo
Nazir: Orta Dəhlizlə idarə olunan nəqliyyatın həcmində artım müşahidə olunur

Nazir: Orta Dəhlizlə idarə olunan nəqliyyatın həcmində artım müşahidə olunur

İpək Yolunun ayrılmaz hissəsi olan Orta Dəhliz vasitəsilə idarə olunan nəqliyyatın həcmində davamlı artım müşahidə olunur.

Baymedia.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan-Tacikistan biznes forumunda çıxışı zamanı deyib.

O bildirib ki, 2023-cü ildə bu marşrutla daşınan yüklərin həcmi 86% artaraq 2,7 milyon ton təşkil edib.

"Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yaxınlığında yerləşən Ələt Azad İqtisadi Zonası beynəlxalq investorlarla işgüzar əlaqələrə hazırdır", - deyə nazir əlavə edib.