• 26 Aprel 2024
logo
Gürcüstanda koronavirusa yoluxanların sayı 188 nəfərə çatdı

Gürcüstanda koronavirusa yoluxanların sayı 188 nəfərə çatdı

Gürcüstanda koronavirus diaqnozu qoyulan pasiyentlərin sayı artıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib.

Ölkədə 188 şəxs COVID-19 infeksiyasına yoluxub. Onlardan 36-sı sağalıb, 2-si isə ölüb.

Hazırda karantində 5 056, stasionar nəzarətdə isə 386 nəfər saxlanılır.