• 19 Aprel 2024
logo
İranın təhsil naziri: Məktəblilər məscidlərə getməlidir!

İranın təhsil naziri: Məktəblilər məscidlərə getməlidir!

Şagirdlər məktəbdən sonra asudə vaxtlarını məscidlərdə keçirməlidir.
Baymedia.az xəbər verir ki, bu sözləri İranın təhsil naziri Rza Murad Səhrayi deyib.
Nazir internetin ziyanları barədə İran rəsmilərinin fikirlərini təkrarlayıb, şagirdlərin kiber məkandan uzaq saxlanılması üçün tövsiyələr verib.
Qeyd edək ki, SEPAH şagirdlərin ideoloji baxımdan yetişdirilməsi və müəllim çatışmazlığının aradan qaldırılması üçün yarım-hərbi Bəsic qüvvələrinin müəllim qismində məktəblərə cəlb edilməsi ilə bağlı yeni layihə başladıb. Buna etiraz edən valideynlər SEPAH-ın bu addımını azyaşlıların siyasi və ideoloji maraqlar istiqamətində istismar edilməsi kimi qiymətləndiriblər.