• 25 Aprel 2024
logo
Tehran yumşalır: Oman sultanı İrana gəlir

Tehran yumşalır: Oman sultanı İrana gəlir

Oman sultanı Heysəm bin Tariq Sultan mayın 28-də İrana səfər edəcəyini açıqlayıb.
Baymedia.az xəbər verir ki, bu barədə Oman mənbələri məlumat yayıb.
Oman sultanının səfəri ilə ABŞ və Avropadan olan və ikili vətəndaşlıq daşıyan məhbusların azadlığa buraxılması gözlənilir.
Bununla yanaşı, səfərin iqtisadi açılışlara, İranla Qərb, hətta region ölkələri arasında gərginliyin azaldılmasına hesablandığı ehtimal edilir.
Qeyd edək ki, İran hökuməti çətin məqamda siyasətlərində yumşalmağa məcbur olduqda, qərblə, xüsusilə ABŞ-la münasibətləri qaydasına salmaq istədikdə bunu Omanın vasitəçiliyi ilə həyata keçirir.