• 29 Mart 2024
logo
Şok: Bayden Netanyahunu istefaya çağırdı

Şok: Bayden Netanyahunu istefaya çağırdı

Ümid edirəm ki, İsrail Baş naziri Benyamin Netanyahu ölkədəki etirazlar fonunda istefa verəcək.
Baymedia.az xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden deyib.
“Hazırda hüquqi inqilab ətrafındakı vəziyyət məni dərindən narahat edir. İsrail bu yolla davam edə bilməz və mən bunu artıq vurğulamışam”, - Bayden bildirib.
ABŞ Prezidenti qeyd edib ki, Netanyahu məhkəmə islahatlarından imtina etməyənə qədər onu Vaşinqtona dəvət etməyəcək.
Netanyahu isə öz növbəsində ABŞ-ı İsrailin daxili işlərinə qarışmamağa çağırıb.