• 19 Mart 2024
logo
Ruslar Ermənistanda nüvə əleyhinə təlimlər keçir

Ruslar Ermənistanda nüvə əleyhinə təlimlər keçir

Cənub Hərbi Dairəsinin Radiasiya, Kimyəvi və Bioloji Mühafizə mütəxəssisləri kütləvi qırğın silahlarından qorunmaq məqsədilə Ermənistandakı Rusiya hərbi bazasının hərbi qulluqçuları ilə təlimlər keçirib.

Baymedia.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd olunub ki, təlimin nəzəri hissəsində hərbi qulluqçular mütəxəssis və komandirlərin rəhbərliyi altında bu cür silahların növləri və onların hərəkətindən qorunma yollarını nəzərdən keçiriblər.

Məşğələlərə 150-dən çox hərbçinin cəlb olunduğu bildirilib.