• 31 Yanvar 2023
logo
Klaar İrəvandan İstanbula getdi

Klaar İrəvandan İstanbula getdi

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar İrəvanda Ermənistan rəhbərliyi ilə danışıqları yekunlaşdırandan sonra Türkiyənin İstanbul şəhərinə gedib.
Baymedia.az xəbər verir ki, diplomat bu barədə Tvitterdə yazıb.
O, paylaşımında İrəvan səfərinin qısa, lakin mənalı olduğunu qeyd edib. Aİ nümayəndəsi Türkiyəyə səfərinin məqsədini açıqlamayıb.
Xatırladaq ki, T.Klaar dekabrın 8-də Ermənistanın paytaxtı İrəvanda olub. O, səfər çərçivəsində bu ölkənin baş naziri Nikol Paşinyanla Ermənistanla Azərbaycan arasındakı münasibətlərin normallaşmasını müzakirə edib.