• 24 Aprel 2024
logo
ABŞ “Vaqner”i terror təşkilatı kimi tanıyır

ABŞ “Vaqner”i terror təşkilatı kimi tanıyır

ABŞ senatorları Dövlət Departamentindən “Vaqner” özəl hərbi şirkətinin xarici terror təşkilatı kimi tanımasını tələb edən qanun layihəsi təqdim ediblər.
Baymedia.az xəbər verir ki, bu barədə senator Rocer Uikerin rəsmi saytında məlumat verilib.
Məlumata görə, layihə Nümayəndələr Palatasında müzakirə olunacaq.
“ABŞ senatorları Rocer Uiker və Ben Kardin bu gün Dövlət Departamentinin “Vaqner” özəl hərbi şirkətini xarici terror təşkilatı kimi tanımasını tələb edən “Rus muzdlularının məsuliyyətə cəlb olunması haqqında” Qanunu təqdim etdilər”, - məlumatda qeyd olunub.